Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:58

Barak Obama iyulda Rusiyaya səfər edəcək


Ağ Evin verdiyi məlumata görə ABŞ prezidenti Barak Obama iyulun əvvəli Rusiyaya səfər edəcək. Verilən məlumata görə ABŞ və Rusiya prezidentləri nüvə silahlarının azaldılması məsələsini müzakirə edəcəklər. Eyni zamanda raketdən müdafiə sistemi sahəsində əməkdaşlıq yolları məsələsinə də toxunulacaq.
ABŞ Avropada raketdən müdafiə sistemi quraşdıracağını elan etdikdən sonra bu iki ölkə arasında narazılıq yaranmışdı. Rusiya bunun əleyhinə idi və bunu özünə qarşı hədə kimi görürdü. ABŞ-ın isə bunun İrandan gələ biləcək təhlükədən qorunmaq üçün olduğunu iddia edirdi.
XS
SM
MD
LG