Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:29

«Lazım gəlsə, Türkiyədə çalışan 40 min ermənini geri göndərərik»


Rəcəb Tayyib Ərdoğan
«Ermənistan təcavüzkar dövlətdir və Türkiyə onunla sərhədləri Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra açacaq».

Bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Polşada Qdansk Universitetinin tələbələri qarşısında çıxış edərkən deyib.

O qeyd edib ki, erməni qoşunlarının Azərbaycandan çıxarılması Türkiyənin şərti deyil, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində irəli sürülən tələbdir.

Ərdoğan həmçinin, bildirib ki, yoxsulluq üzündən Ermənistanın 40 mindən çox vətəndaşı qanunsuz olaraq Türkiyədə işləyir:
«Biz istədiyimiz zaman onları geri göndərə bilərik, amma insani səbəblərdən bunu etmirik». / CNN-Türk /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG