Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:26

Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalldlr


Almaniya Bundestaqı Cənubi Qafqazda təhlükəsizlik, sabitlik və demokratiyanın gücləndirilməsinə dair qətnamə qəbul edib.

ANS PRESS-in məlumatına görə sənəddə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyi xüsusi qeyd olunur.

Bundestaq Almaniya hökumətini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin qətnamələri, eləcə də Avropa Şurası və ATƏT-in qərar və qətnamələrini yerinə yetirməyə çağırır.

Bundestaq həmçinin hökumətdən Cənubi Qafqazdakı münaqişələrin həlli çərçivəsində qaçqın və məcburi köçkünlərin yurd-yuvalarına qayıtması da daxil olmaqla, problemlərin həllində fəallığın artırılmasını tələb edir.
XS
SM
MD
LG