Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:34

Hindistan müxalifəti seçkilərdə məğlubiyyətini etiraf edib


Hindistanın aparıcı müxalifət qüvvələri parlament seçkilərində məğlubiyyətlərini etiraf ediblər.

İlkin məlumata görə baş nazir Manmohan Sinqin rəhbərlik etdiyi hakim kolaisiya irəlidə gedir.

Amma proqnozlara görə hakim koalisiya çoxluq təşkil edə bilmədiyindən təkbaşına hökumət yarada bilməyəcək.

İkinci yerdə millətçi iri müxalifət bloku, 3-cü yerdə isə kommunistlər gəlir.

Yeni hokumət iyunun 2-dək yaradılmalıdır.

Ölkədə 700 milyondan çox seçici olduğundan Hindistanda parlament seçkiləri bir ay çəkir.
XS
SM
MD
LG