Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:44

Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşür


Rusiya prezidenti Dimitri Medvedevlə İtlaiyanın baş naziri Silvio Berluskoni Moskvada ticarət və iqtisadi sahələrdə əməkdaşlıq məsələsini müzakirə edəcəklər.

Dünənsə Silvio Berluskoni Soçidə rusiyalı həmkarı Vladimir Putinlə energetika məsələsini müzakirə edib.

Qazprom şirkəti elə həmin gün İtaliya,Yunanıstan, Bolqarıstan və Serbiyayla Ukraynadan yan keçən Cənub Axını layihəsinin reallaşmasıyla bağlı razılaşma imzalayıb.

Vladimir Putin bu günsə Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Türkiyə Cənub Axını layihəsinə alternativ olan Nabuko layihəsinin əsas iştirakçılarından biridir.

Nabuko layihəsi Rusiyadan yan keçir.
XS
SM
MD
LG