Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

«Əmlak bazarında süni şəkildə tələb yaratmağa çalışırlar»


«Yaxın aylarda mənzil bazarında qiymət artımı gözlənilmir»
«Yaxın aylarda mənzil bazarında qiymət artımı gözlənilmir»
«Azadlıq» qəzeti: «Əmlak bazarında süni şəkildə tələb yaratmağa çalışırlar»

Qlobal maliyyə böhranı baş qaldırandan sonra paytaxtda tikinti sektorunda süstlüklə yanaşı, daşınmaz əmlak bazarında da qiymət azalmaları müşahidə edilməyə başladı...

Bu günlərdə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov payız aylarında mənzillərin qiymətində bahalaşmanın olacağını dedi. Görünür, mənzil bazarında yaranmış süstlük «çörəyi» mənzillərin satışından çıxan Dövlət Reyestr Xidmətində də süstlük yaradıb. Bu səbəbdən də A.Qaraşov belə proqnozlar verməklə vətəndaşları mənzil alışına cəlb etmək fikrinə düşüb. Bəs belə piarların arxasında hər hansı bir iqtisadi səbəb varmı?

İqtisadçı-ekspert Vüqar Bayramovun fikrincə: «Bu süni şəkildə əmlakın alınması tələbinin yaradılmasıdır. İctimaiyyətə yanlış məlumat verməklə əmlak bazarında tələbin formalaşmasına çalışırlar. Eyni zamanda, tələb formalaşdırmaqla əmlak bazarında qiymət azalmalarının qarşısını almağa çalışırlar. Vətəndaşların yüksək qiymətlə mənzil almasına nail olmaq istəyirlər. Nəticədə yüksək qiymətə satılan mənzillərdən əldə edilən gəlirin həcmi də çoxalacaq. Ona görə də bu proqnozlar birbaşa vətəndaşları əmlak almağa istiqamətləndirmək məqsədi daşıyır».

V.Bayramov yaxın aylarda mənzil bazarında qiymət artımlarının gözlənilmədiyini də vurğuladı:

«Yaxın aylarda birmənalı şəkildə mənzillərin qiymətinin yüksəlməsi gözlənilmir. Həmin qurumların əvvəllər verdikləri proqnozlar kimi, indi dedikləri də reallığa uyğun deyil. Çünki mənzillərin qiymətinin yüksəlməsi üçün mənzil bazarında tələbin yaranmasına və insanların alıcılıq qabiliyyətinin formalaşmasına ehtiyac var. Vətəndaşlar əvvəllər götürdükləri ipoteka kreditləri üzrə ödənişlər edə bilmirlər. Hətta bəzi hallarda vətəndaşlar kommunal xərcləri vaxtında ödəyə bilmirsə, əmlak bazarında ciddi tələbin yaranması qeyri-mümkündür… Azərbaycanda mənzillərin qiyməti süni şəkildə yüksəldilib. Onlar bazar tərəfindən müəyyənləşməyən inhisarçı qiymətlərdi».

«Bizim yol» qəzeti: «Müxalifət seçkiyə ayrı-ayrılıqda gedir?»

Neçə vaxtdır ki, aparıcı müxalifətin birləşdiyi «Respublika və Qarabağ Uğrunda Hərəkat»ın qarşıdan gələn bələdiyyə seçkilərində birgə iştirak edəcəyi deyilir, hətta bununla bağlı müxalifət liderlərinin artıq qərar verdiyi bəyan olunurdu. Lakin AXCP sədri Əli Kərimlinin dünən (mayın 15-də ) verdiyi son açıqlama bu istiqamətdə işlərin heç də deyildiyi kimi olmadığını göstərir. AXCP sədri deyib ki, «Azadlıq» bloku bələdiyyə seçkilərinə tək qatıla bilər. Kərimli həmçinin deyib ki, hələlik seçkilərdə iştirakın formatına dair hərəkatda müzakirələr davam edir.

Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı deyib ki, imkan daxilində daha çox seçki bloklarının koalisiyasının yaradılması məqsədə uyğundur.

«Bizim partiya imkanı daxilində bələdiyyəyə irəli sürəcəyi namizədlərlə bu seçkilərdə iştirak edəcək. Əgər «Azadlıq» blokunun da belə bir niyyəti varsa, biz buna normal yanaşırıq».

Bununla yanaşı Hacılı iddia edib ki, «Azadlıq» blokunun və Müsavat Partiyasının ayrı-ayrı siyahılarla seçkidə iştirakı heç də müxalifətin seçkidə pərakəndə formada iştirakı demək deyil. Çünki bələdiyyə seçkiləri çoxmandatlı seçki dairələri üzrə keçirilir. Düşünürəm ki, istər Müsavat, istərsə də, digər qüvvələr öz siyahıları ilə seçkilərə qatılsalar və siyasi çətir olaraq «Respublika və Qarabağ Uğrunda Hərəkat»ın adından istifadə etsələr, bu, qəbul olunandır».

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirib ki, Əli Kərimli açıqlamasında fərqli bir şeyi deyib:

«Biz seçkidə birgə iştirakla bağlı qərar vermişik. Əli Kərimli deyib ki, əgər hərəkatda vahid siyahı deyil, bir neçə siyahı ilə qatılmaq qərarı veriləcəksə, bu zaman «Azadlıq» bloku öz namizədlərini müəyyənləşdirə bilər. Bu isə hərəkatın dağılması demək deyil. Seçkidə iştirakın formalarına dair isə müzakirələrdən sonra qərar verəcəyik».

«Azərbaycan» qəzeti: «Filmlərin mühafizəsinə dövlət qayğısı»

Azərbaycanın kino sənəti yaranış tapdığı vaxtdan çətin yol keçib. Bu sahənin inkişafına can yandıranlar minbir əzab-əziyyətə qatlaşıblar.

Əlbəttə, onların əməyi, zəhməti hədər getməyib. Yadigarları - yaradıcılıq nümunələri müasir dövrümüzə çatıb. Əvvəllər həmin lent təsvirləri necə gəldi saxlanılırdısa, indi onlar dünya standartlarına uyğun mühafizə edilir. Dövlət başçısının sərəncamı ilə bədii-publisistik filmlərin qorunması, saxlanılması üçün müasir texniki avadanlıqlar quraşdırılmış yeni bina istifadəyə verilib. Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bu barədə dedi:

«Ümumi sahəsi 8.6 min kvadratmetr olan binanın birinci mərtəbəsində texniki avadanlıqla təchiz edilmiş inzibati otaqlar, laboratoriya, 120 yerlik salon və yardımçı otaqlar yerləşir. Fondda dünya kinosunun tarixini əks etdirən kinokameralar, o cümlədən 1902-ci ilin istehsalı olan «Edisson» kinoproyektoru, 1910-cu ildə istehsal olunan «Debri» kinokamerası, habelə Azərbaycan kinosunun tarixi baxımından qiymətli olan yazının dərc olunduğu «Kaspi» qəzetinin nadir nüsxəsi və digər eksponatlar nümayiş etdirilir.

Dövlət Film Fondunda ümumilikdə 64 min 373 ədəd saxlanma vahidi həcmində kinomaterial, 10 mindən çox müxtəlif arxiv sənədləri, eləcə də Azərbaycanda istehsal edilmiş filmlər saxlanılır. Burada xüsusi temperatur rejimi tətbiq olunur. Fondda siqnalizasiya və videomüşahidə sistemi qurulub. Qədim tarixi olan filmlərin qorunması üçün xüsusi boks yaradılıb. Onların sayı 1000 ədəddən çoxdur. İndiyə qədər Rusiya arxivlərində saxlanılan 30-a qədər Azərbaycan filminin nüsxələri fondun arxivinə daxil edilib»...

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG