Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:02

«Prezidentlərin Sankt-Peterburq görüşündə yekun sənəd imzalanmayacaq»


Bernar Fasye
«Praqa görüşü uğur da deyildi, uğursuzluq da»

«Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini davam etdirmək üçün masanın üzərində kifayət qədər element var və bunların üzərində işlənilməlidir».

Bu bəyanatla Azərbaycanda səfərdə olan ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye çıxış edib. O, Azərbaycan və Ermənistan prezidentlərinin mayın 7-də Praqada keçirdikləri görüşə toxunub və onun uğursuz olmadığını bildirib:

«Praqa görüşü bəzi müşahidəçilərin dediyi kimi uğursuz nəticələnsəydi, yəqin ki, mən belə tez müddətdə buraya gəlməzdim. Praqa görüşü uğur da deyildi, uğursuzluq da. Əlbəttə, Praqada hansısa parlaq uğur əldə edilsə idi, danışıqların davam etdirilməsinə ehtiyac olmazdı. Biz Praqada eyni zamanda prezidentlərlə bir neçə bəndləri müəyyənləşdirdik. Bu bəndləri birlikdə razılaşdırmalıyıq ki, Madrid prinsipləri əsasında bəzi elementlər üzrə kompromisə gələk. Biz onun üzərində indi də işləyirik». / ANSPress /

«Prezidentlərin Sankt-Peterburq görüşündə yekun sənəd imzalanmayacaq»

B.Fasye danışıqların uzunmüddətli proses olduğunu və Sankt-Peterburqda yekun sənədin imzalanmasının mümkün olmadığını vurğulayıb:

«Proses o zaman yekunlaşacaq ki, prezidentlər sülh müqaviləsi imzalamağa hazır olsun. Biz hələlik bu prosesin başlanğıcındayıq. Həmsədrlərin prezidentlərin görüşlərində müzakirəyə çıxarılacaq təklifləri var. Bu görüşlərin nə zaman keçiriləcəyi, həmçinin sülh müqaviləsinin nə vaxt imzalanacağı da prezidentlərdən asılıdır. Yaxşı olardı ki, biz üç maddə üzrə kompromisi təsdiqləyib, digər maddələrə keçək. Bütün təkliflər razılaşdırıldıqdan sonra müqavilənin mətnini tərtib etmək olar. Müqavilə layihəsinin imzalanması müzakirələrdən sonra mümkündür». / APA /

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG