On il ərzində təkcə Lənkəranda 22 nəfər AIDS xəstəsi ölüb. Ətraf rayonları da nəzərə alsaq, bu rəqəm 3-4 dəfə artar. Lənkəran Regional HIV Diaqnostikası Laboratoriyasının baş həkimi Rəmiəli İbişovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, cənub bölgəsinin 6 rayonunda 300-ə qədər HIV-daşıyıcısı aşkarlanıb. Lənkəran rayonunda xəstələrin sayı 162 nəfərə çatıb, 4 ailəvi yoluxma qeydə alınıb. Bu ailələrin birində virusa yoluxmuş 3 yaşlı körpə də var. R.İbişovun açıqlamasına görə, HIV virusuna yoluxanların 70 faizi narkomanlardır. Laboratoriyada bu günə qədər 10700 nəfərin qan analizi yoxlanılıb. Yoxlamalar göstərir ki, əhalinin sayına görə HIV-ə yoluxanlar Astara rayonunda daha çoxdur. 16 may AIDS-dən ölənlərin yad edildiyi gündür. |
Azadlıq Trend
1
Əliyev: 'Azərbaycan və Rusiya daha bir möhtəşəm layihəyə başlayır'
2Moskvada Putin-Əliyev görüşü ilə bağlı: 'Sürpriz o ola bilər ki…'
3Ruben Vardanyana ailəsi ilə əlaqə saxlamağa icazə verilib
4'AvtoVAZ' sanksiyalardan yayınmaq üçün Azərbaycanda avtomobil istehsal etməyə başlayıb?
5Kadırov xəstədir, onu Alaudinov əvəz edə bilər -KİV
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.