Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:50

Barak Obama bəzi şərtlərlə hərbi tribunalların davam edə biləcəyini deyir


ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasındakı bəzi məhbuslar üçün hərbi tribunalın davam etməsi qərarına gəldiyini bildirib. Amma o, əlavə edib ki, tribunal adamların özlərini müdafiə etməsinə dair yeni qanunlar əsasında davam edə bilər.

Prezidentin bəyanatında qeyd edilir ki, məhkəmə yalnız qeyri-qanuni yollarla ifadə alınmasını, işgəncə verilməsini qadağan etməklə davam davam edə bilər.

İnsan haqlarını müdafiə təşkilatları Quantanamoda terrorda şübhəli bilinərək həbs olunmuş məhbuslara işgəncə verildiyini bildirib, orada saxlanan insanların işinə mülki məhkəmələrdə baxılmasını tələb edirdilər.

Obamanın özü də hələ senator olarkən bu tənqidlərə qoşulmuşdu. Prezident olandan sonra isə Quantanamo həbsxanasının bağlanmasına dair qərar verdi.
XS
SM
MD
LG