Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:33

Prezident şəklindən istifadəyə xüsusi icazə tələb edir


Tacikistan prezidenti İmaməli Rahmon bütün nazirlərə, əyalət rəhbərlərinə göstəriş verib ki, onun bütün portretlərini divarlardan və ictimai yerlərdən yığışdırsınlar. Bu barədə prezident bütün hakimiyyət nümayəndələrinə xüsusi məktub göndərib. Məktubda xüsusən də ayaq üstə dayanan məmurların qarşısında prezidentin oturaraq çəkdirdiyi şəkilləri qadağan edib.

Prezident öz məktubunda şəkillərin yığışdırılmasına səbəb kimi qeyd edir ki, “xalq bunu səhv başa düşə bilər”.

Dövlət başçısı yazır ki, bundan sonra onun şəkilləri hakimiyyət nümayəndələrinin otaqlarından yalnız prezident aparatından xüsusi icazə almaqla asıla bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG