Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58

ABŞ və Rusiya arasında münaqişə qaçılmaz deyil


Rus qoşunları Gürcüstanın Karaleti kəndi yaxınlığında, 9 sentyabr 2008

Rus qoşunları Gürcüstanın Karaleti kəndi yaxınlığında, 9 sentyabr 2008

«2008-ci ilin avqustunda Rusiya və Gürcüstan arasında müharibə Rusiyanın Qərblə onsuz da gərgin olan münasibətlərini bir az da kəskinləşdirdi. Əgər keçən il ABŞ-da prezident seçkilərində respublikaçılardan olan namizəd Con Makkeyn qalib gəlsəydi, bu iki ölkə konfrontasiyanın növbəti mərhələsinə qədəm qoymuş olacaqdı. Güman ki, bu da hərbi xarakterli olacaqdı».

San-Fransisko dövlət universitetinin beynəlxalq əlaqələr üzrə professoru Andrey Siqanov «Azadlıq» radiosu üçün yazdığı təhlildə belə deyir.

Yazıda bildirilir ki, Amerika siyasi dairələrində çox az adam ABŞ-ın Rusiya ilə münasibətləri müqabilində kiçik ölkə olan Gürcüstanla əlaqələri coşqunluqla müdafiə edər. Makkeynin məşvərətçiləri də bir vaxtlar Gürcüstanın NATO-ya üzv olması üçün lobbiçilik etmələri ilə tanınırlar. Cənubi Osetiyada zorakılığın artdığı halda Gürcüstanın bu quruma daxil olmasının ABŞ-ın Rusiya ilə müharibəsi demək olduğu onları maraqlandırmır. Hazırda iqtisadi böhran cəmiyyətin diqqətini beynəlxalq siyasətdən yayındıraraq daxili məsələlərə yönəldib. Beləliklə də prezident Barak Obama da daxili məsələlərə daha çox köklənib. Lakin bununla belə ABŞ və Rusiya arasında münaqişə qaçılmaz deyil.

Müəllifin sözlərinə görə əgər tarixə baxsaq Rusiyanın qərb ölkələri ilə münaqişədə olduğunu görərik. Elə Krım müharibəsini götürək. Rusiya həmişə qərb ölkələrinin ona olan reaksiyasına cavab verib. Elə keçən il də Rusiya ona yaxınlaşanlara cavab verməyə hazır idi. Kreml Gürcüstanın keçən ilki, addımını güc işlətmək adlandıraraq ona müdaxilə etdi. Daha sonra isə Rusiya Cənubi Osetiya və Abxaziyanın müstəqilliyini tanıdı və onlara hərbi yardım göstərdi.

Təhlildə yazıldığına görə Qərb qüvvələri Rusiyaya təzyiq edərək Kremlin istiqamətlərini dəyişməyə cəhd elədirlər. ABŞ-ın həmin vaxtkı dövlət katibi Kondoliza Rays Rusiyanın Qafqazdakı münaqişədə rolunu 1968-ci ilə Sovet İttifaqının Çexoslovakiyadakı rolu müqayisə elədi. Vitse-prezident Dik Çeyni isə Rusiyanın təcavüzünə görə cəzalandırılacağına söz vermişdi. NATO məxsus bir neçə gəmi də Qara Dənizə daxil olmuşdu və döyüşə hazır idi. Lakin rəsmi olaraq onun humanitar yardım gətirdiyi deyilirdi. Onun amalı isə Rusiyaya hədə-qorxu gəlmək idi. ABŞ və Avropa Rusiyadan qüvvələrini Gürcüstan ərazilərindən çıxarmağı istəməkdə davam edirdilər. Amma Kreml qərb ritorikasını cavabsız qoydu.

Andrey Siqanovun sözlərinə görə Barak Obamanın Rusiya ilə əlaqələri bərpa etmə cəhdi alqışla qarşılandı. Baxmayaraq ki, Gürcüstanda da siyasi böhran yaşanır, Qafqazda böyük qüvvələrin toqquşması qaçılmazdır.

Hadisələrin növbəti Krım müharibəsi yönündə inkişafı hələlik dayanıb. İndi Avropa və Avrasiyada mövcud olan təhlükəsizlik sistemlərini dəyişməklə Gürcüstan-Rusiya münaqişəsindən dərs almaq vaxtıdır. Qüvvələrin separatçı müharibənin həllində qarşılıqlı vuruşu dayandırma faktoru da yeni sistemin elementlərinə adi edilməlidir. Bura böyük güclər arasında enerji razılığı da daxildir.

San-Fransisko dövlət universitetinin beynəlxalq əlaqələr üzrə professoru Andrey Siqanov «Azadlıq» radiosu üçün yazdığı təhlildə belə deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG