Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:21

«Azərbaycanda mətbuatla hökumət arasında gərginlik mövcuddur»


ABŞ-ın keçmiş prezidenti Corc Buşun mətbuat katibi Deyna Perino
ABŞ-ın keçmiş prezidenti Corc Buşun mətbuat katibi Deyna Perino
«Azərbaycanda mətbuatla hökumət arasında asanlıqla görünən gərginlik mövcuddur».

Bunu Azərbaycanda səfərdə olan ABŞ-ın keçmiş prezidenti Corc Buşun mətbuat katibi Deyna Perino mayın 15-də yerli jurnalistlərlə görüşündə deyib:

«Mən Azərbaycana gəlməzdən əvvəl oxuduqlarıma əsaslansam və indi burdakı müşahidələrimi nəzərə alsam, deyərdim ki, hökumətlə mətbuat arasında çox asanlıqla görünən gərginlik mövcuddur».

Xanım Perino hesab edir ki, Azərbaycanda jurnalistlərin əldə etmək istədikləri bilgilərlə hökumətin yaydığı məlumatlar arasında boşluqlar var. D.Perinoya görə, bu boşluğu doldurmaq üçün hökumətin təşəbbüslərlə çıxış etməsinə ehtiyac var.

O, səfəri zamanı prezident İlham Əliyevin mətbuat xidmətinin rəhbəri Azər Qasımovla görüşüb. Deyna Perino deyir ki, Azər Qasımov son zamanlar elə də brifinqlər keçirilmədiyini etiraf edib, amma mümkün qədər jurnalistlərin müraciətlərinə cavab verirlər.

Xanım Perino günün birinci yarısında müxtəlif dövlət qurumlarının mətbuat xidmətləri üçün təlim kursları keçib. Onun sözlərinə görə, mətbuat xidmətlərinin jurnalistlərlə işləmək istəkləri hiss olunsa da, onların bu məsələdə bir qədər ehtiyatlı davrandıqları hiss olunur. Bu səbəbdən də Deyna Perino hesab edir ki, belə məqamda jurnalistlər daha çox təşəbbüs göstərməyə çalışmalıdırlar.

«Azərbaycan prezidentinin mətbuat katibi postu ona təklif olunarsa, buna razı olarmı» sualına xanım Perino cavab verir ki, bir şərtlə; gərək onun mətbuatla ünsiyyətinə hər hansı məhdudiyyət qoyulmasın və prezidentdən jurnalistlərin suallarına çox asanlıqla cavab ala bilsin.

Azərbaycan prezidentinin yerli mətbuata müsahibə verməməsinə dair suala cavabında xanım Perino deyir ki, Corc Buş bir ay ərzində yerli və beynəlxalq mətbuata 30 müsahibə versə də, o hələ daha iki müsahibə verməli olduğunu prezidentə dəfələrlə xatırladırmış. ABŞ prezidenti yüzlərlə jurnalistə müsahibə verib ki, onun da 80 faizi yerli jurnalistlər olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG