Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:12

Daha iki dövlət Şanxay Əməkdaşlıq Təşkilatı ilə əmlkdaşlığa dəvət alıb


Mayın 15-də Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri Moskvaya toplaşıblar. Görüşdən sonra keçirilən mətbuayt konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Belorus və Şri-Lankaya həmin təşkilatla dilaoqda əməkdaşlıq statusu təklif etdiklərini bildirib:

-Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıqda maraqlı olan dövlətlər üçün bu yaxınlarda yeni status – təşkilatla dialoqda əməkdaşlıq statusu müəyyən
etmişik. Bu gün müvafiq müraciətləri nəzərə alaraq Belorus və Şrilanka rəhbərliyinə həmin statusu təklif etmək qərarına gəldik.

Hazırda Şanxayt Əməkdalıq Təşkilatına Qazaxıstan, Qırğızıstan, Çin, Rusiya, Tacikistan və Özbəkistan daxildir.
XS
SM
MD
LG