Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

XİN Ermənistanla bağlı video süjeti araşdırır


«Evrovision»da Ermənistan təmsilçilərinin çıxışı, Moskva, 11 may 2009

«Evrovision»da Ermənistan təmsilçilərinin çıxışı, Moskva, 11 may 2009

Azərbaycanın Xarici İşlər Nazirliyi «Evrovision-2009» mahnı müsabiqəsində Dağlıq Qarabağdakı abidənin Ermənistanla bağlı video süjetə necə salındığını araşdırır.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov «Azadlıq» radiosuna deyib ki, nazirlikdə bu barədə məlumat var və hazırda onu araşdırırlar:

«Biz indi o məlumatı dəqiqləşdiririk. Qarabağdakı heykəlin Ermənistanla bağlı video süjetdə nümayiş etdirilməsi təsdiqlənsə, sözsüz ki, ora müraciət olunacaq».

Moskvada keçirilən «Evrovision» mahnı müsabiqəsində Ermənistanla bağlı videobaşlıqda nümayiş etdirilən Ermənistan abidələri içərisində Dağlıq Qarabağdakı abidə də nümayiş etdirilir.

«Evrovision» mahnı müsabiqəsi mayın 16-da başa çatır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG