Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 07:02

Türk qəzetləri Ərdoğanın Bakı səfəri barədə


Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan, Bakı, 13 may 2009
Prezident İlham Əliyev və baş nazir Rəcəb Tayyib Ərdoğan, Bakı, 13 may 2009
«Vatan» (Mehmet Tezkan): Yerli Kissincer üsulu

Baş nazir Ərdoğan baxdı ki, qazın ayağı elə deyil. Azəri çarığı bahalıdır. Durub Bakıya getdi. Qəşəngcə yudu-yağladı. Dediyi budur: «Qarabağın işğalına son qoyulmadan Ermənistan sərhədi açılmaz. Sərhədi buna görə qapatmışıq. Siyasətimiz dəyişməyəcək».

Əslində vəziyyət bu şəkildə deyildimi? Bir ay davam edən bu hay-küyə nə gərək vardı? Buna da diplomatiya deyirlər. Buna «Türk üsulu diplomatiya» - deyəcəyəm, ancaq xarici işlər nazirliyindən ayıb olacaq. Bu, AKP üsulu diplomatiyadır. Bir irəli-iki geri. Yerli Kissincer üsulu.

Bu məsələdə də lap əvvələ qayıtdıq. Nə oldusa-bizə oldu. Təbii qazı Rusiyadan 400-450 dollara, Əlcəzairdən 300-350 dollara, Azərbaycandan 120 dollara alırdıq. Ermənilərlə «aşiq-məşuq» söhbəti edərkən azərilər «Artıq 120 dollar olmaz» - dedi. Hər kəsə necədirsə, sizə də elə. Gördüyünüz kimi, yerli Kissincer üsulundakı xarici siyasətin ucu bizə dəymək üzrədir. (Müəllif «Yerli Kissincer» - deyəndə xarici işlər naziri professor Ahmet Davutoğlunu nəzərdə tutur - red.).

«Milliyet» (Sami Kohen): Azərilərin könlü alındı, amma...

Baş nazir Ərdoğan Bakı səfərində bu missiyanı yerinə yetirdi. Azərilərin küskünlüyünü və etimadsızlığını aradan qaldırdı. Ancaq bu dəfə Türkiyə son aylarda daha çox ortada yürütdüyü siyasətində Ermənistanın əleyhinə bir balans yapdı. Bu duruma görə, Ermənistanla münasibətlərin normallaşması ilə Yuxarı Qarabağ problemi arasında birbaşa əlaqə yaradılır. Bundan başqa-verilən söz Türkiyənin hələ uzun müddət sərhədləri açmaq kimi normallaşma fəaliyyətinə başlamayacağını da göstərir. Çünki Yuxarı Qarabağ məsələsinin («sadəcə işğal altındakı 7 rayonun deyil) çözümü hələ çox vaxt aparacaq. Bu durumda Ermənistan ilə qərarlaşdırılan «Yol xəritəsi»ndə çox da dinamizm gözləməmək lazımdır. Yəni, bir mənada, tərəflər indi keçmiş mövqelərinə dönürlər.

«Sabah» (Erdal Şafak): Gizli kartlar

Türkiyə-Ermənistan «Yol xəritəsi»nin açıqlandığı 22 aprel gecə yarısından bu tərəfə Ankaraya tənqid oxları yağdıran azəri mətbuatında dünən ilk dəfə güllər açdı. Səbəbi məlumdur: Baş nazir Ərdoğanın Dağlıq Qarabağ məsələsində verdiyi qəti təminat. Və Azərbaycan prezidenti İlham Əliyevin «Heç bir şübhə qalmadı» cavabı. Yaxşı da oldu. Çünki, hər şeydən əvvəl, Türkiyə ilə Azərbaycan arasındakı böhran və ya gərginlik bir yana dursun- narazılığın belə yol açacağı duyğusal məsuliyyətinin zərərlərini heç bir çiyin qaldıra bilməzdi. Bundan başqa Türkiyə və Azərbaycan çətin siyasi, iqtisadi və geostrateji meydan oxumalarına ancaq «Tək millət, iki dövlət» qaynayıb-qarışması ilə birgə sinə gərə, hətta fürsətə çevirə bilərlər. Bu meydan oxumaların başında en azı 50 il bu coğrafiyanın taleyini müəyyənləşdirəcək olan təbii qaz gəlir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG