Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:43

Azərbaycan «Eurovision-2009»un finalında


Azərbaycan təmsilçiləri Aysel və Araş «Eurovision» musiqi müsabiqəsinin yarımfinalında

Azərbaycan təmsilçiləri Aysel və Araş «Eurovision» musiqi müsabiqəsinin yarımfinalında

Azərbaycan təmsilçiləri Aysel və Araş «Eurovision» musiqi müsabiqəsinin finalına çıxıblar.

Mayın 14-ü Moskvanın «Olimpiyski» İdman Kompleksində keçirilən «Eurovision» musiqi müsabiqəsinin ikinci yarımfinalında Azərbaycanı təmsil edən Aysel və Araş «Always» mahnısı ilə finala vəsiqə qazanıblar.

Yarımfinalda 19 ölkə çıxış edirdi. Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Sloveniya, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya və Niderland.

Azərbaycandan başqa ikinci yarımfinaldan finala Xorvatiya, Ukrayna, Litva, Albaniya, Moldova, Danimarka, Estoniya, Norveç və Yunanıstan da vəsiqə qazanıb.

«Eurovision» musiqi müsabiqəsinin mayın 16-dan 17-nə keçən gecə baş tutacaq finalında iştirakçıların çıxış sıralaması müəyyənləşib. Azərbaycan Rusiyadan sonra 11-ci sırada qərarlaşıb.
Aysel atası ilə. Moskva, 13 may 2009











Azərbaycanı təmsil edən Araş və «Azadlıq» Radiosunun əməkdaşı İsgəndər Əliyev, Moskva, 13 may 2009






Şərhləri göstər

XS
SM
MD
LG