Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Bakının mərkəzində qismən çökən binanı səhər sökməyə başlayacaqlar


Bakının mərkəzində yerləşən Üzeyir Hacıbəyov küçəsində mayın 14-ü axşam qismən çökəb binanı səhərdən tamamilə sökməyə başlayacaqlar. Hadisə yerinə gələn Səbayel Rayon İcra hakimiyyətinin nümayəndəsi belə deyib.

Üzeyir Hacıbəyov - 6 ünvanında yerləşən dördmərtəbəli binanın iç divarları axşam saatlarında çöküb. Şahidlərin sözlərinə görə, hadisə axşam saat 19.30 radələrində başlanıb.

Binada yaşayış olmadığından hadisə nəticəsində ölən və yaralanan da yoxdur. Fövqəladə Hallar Nazirliyindən ANS Pressə bildiriblər ki, bina çoxdandır ki, qəzalı vəziyyətdə olduğundan 1 il əvvəl sakinləri köçürüblər. Səbayel Rayon İcra hakimiyyətindən isə deyiblər ki, iç divarları çökdüyündən binanın tamamilə uçması təhlükəsi yaranıb. Bu üzdən səhərdən başlayaraq binanı tamamən sökəcəklər.
XS
SM
MD
LG