Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:29

Rumıniyada iqtisadi böhran etiraz nümayişlərinə səbəb olub


Mayın 14-də minlərlə rumıniyalı paytaxt Buxarestdə hökumətdən iqtisadi böhranla mübarizədə daha qəti tədbirlər atması tələbiynən nümayiş keçiriblər.

Etirazçılar hökuməti iş yerlərinin qorunmasını da tələb eləyiblər.

Avtobil və enerji sənayəsi, dəniz limanı fəhlələri və poçt xidmətlərinin işçiləri NAzirlər kabineti və iqtisadiyyat nazirliyinin binaları qarşısında “oğrulara ar olsun” şüarları səsləndiriblər. Aksiyanı təşkil eləyən Milli Həmkarlar Təşkilatları Ittifaqı hökumətdən 100 min iş yeri yaratmağı, səhiyyə və təhsil islahatlarını davam etdirməsini tələb edib.

Iqtisadi böhran üzündən Ruminiyada bu ilin ilk rübündə işsizlik iki dəfə artıb və 9 faizə çatıb.
XS
SM
MD
LG