Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:04
«Rabitə Nazirliyi ləğv olunmalıdır». Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyib. O, bununla bağlı prezidentə müraciət hazırlandığını bildirib. Müraciətdə deyilir ki, bu addımı rabitə və informasiya texnologiyaları sahəsinin inkişafı üçün atmaq lazımdır:

«İndi nazirlik, məsələn, internetlə təminatı tam inhisarda saxlayır. Yaxşı olardı ki, bu sahəni, eləcə də teleradio sahəsini müvafiq qurumlara verəydilər. Məsələn, tezliklərin verilməsini, yayıma icazəni və sair bu cür məsələləri Teleradio Yayımı Şurası həll etməlidir. Bu prosesin daha da çevikliyinə gətirərdi».

Azərbaycanın kompyuter piratçılığında dünyada mənfi mənada qabaqcıl vəziyətdə olduğu ilə Osman Gündüz razılaşır. Amma deyir ki, başqa cür ola da bilməz:

«Nəhəng kompyuter şirkətləri öz proqramlarını baha satır. Gəlirləri aşağı olan istifadəçilər onları necə alsın? Proqram təminatının pulla alınmasını ancaq dövlət qurumları və iri şirkətlər həyata keçirməlidirlər. Adi istifadəçilər isə 1-3 manata hələ ki, alsalar yaxşdır. Bunu etməyə məcburdurlar. Gəlir səviyyəsi artandan sonra lisenziyalı təminata da keçmək olar».

Şərhləri göstər

XS
SM
MD
LG