Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:23

"Nabucco" və "Transxəzər"in maliyyələşməsi üçün müzakirələr başlayır


Azərbaycanın Sənayə və energetika naziri Natiq Əliyev Brüsselə yola düşüb. Turan agentliyinin məlumatına görə, sabah Avropa Komissiyasında “Caspian Development Corporation”in yaradılması ilə bağı məsələ müzakirə olunacaq.

14 noyabr 2008-ci ildə Avropa Komissiyası Avropa Birliyinin 2050-ci ilədək enerji təhlükəsizliyi tədbirlərinin ikinci strateji paketini təqdim edib. Paketdəki təxirəsalınmaz tədbirlər sırasında Mərkəzi və Orta Asiyadan təbii qazın alınması və Xəzər dənizi vasitəsi ilə Rusiyadan keçməyən marşrutun inşası məqsədi ilə CDC yaradılması da nəzərdə tutulurdu.

Avropa Komissiyası hesab edir ki, CDC Türkmənistan və Qazaxıstanda qaz hasilatı üçün infrastrukturu və Transxəzər qaz kəmərinin yaradılmasını investisiyalaşdırmalıdır. Layihənin son məqsədi ildə AB-yə ildə 60-120 mlrd kubmetr qaz nəqli üçün Nabukko və Transsaxara qaz kəməri də daxil cənub qaz dəhlizinin yaradılması və Avropanın Rusiyadan asılılığının azaldılmasıdır.

Bu yaxınlarda hazırda AB-yə sədrlik edən Çexiya baş naziri qeyd etdi ki, 2009-cu ilin sonuna kimi Caspian Development Corporation yaradılacaq
XS
SM
MD
LG