Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:53

Dövlət əmlakını mənimsəyən keçmiş naziri hakim partiyadan qovublar


Britaniyada dövlət əmlakını mənimsəməkdə ittiham olunan keçmiş naziri hakim partiyadan qovublar. Röytersin xəbərinə görə, Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının sədri Qordon Braun özü bu haqda jurnalistlərə məlumat verib.

Braun bildirib ki, ittihamlar yetərincə ciddi olub, və onlar bütün ittihamları araşdırıb ciddi tədbir görməyə davam edəcəklər. Braun əlavə eləyib ki, ilk olaraq öz mənzilinə görə görə ipoteka ödəmək adıyla 16 min funt-sterlinq mənimsəməkdə ittiham olunan keçmiş kənd təsərrüfatı naziri Elliot Morlini partiya üzvlüyündən və deputat mandatından məhrum eləyiblər.

Britaniyanın Deyli Teleqraf Qəzetinin apardığı jurnalist araşdırmasına görə həm iqtidar, həm də müxalifətdən olan onlarla deputat və hökumət üzvü vəzifə səlahiyyətlərindən sui-istifadə eləyib dövlət əmlakını fərqli adlarla mənimsəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG