Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Dövlət Telekanalının İdman direktorunu senzuraya görə işdən qovublar


İspaniyanın Dövlət Telekanalının İdman direktorunu senzuraya görə işdən qovublar. Asoşeyted Press Agentliyinin xəbərinə görə, qovulmaya səbəb mayın 13-də keçirilən İspaniya Kubokunun finalının canlı yayımı səbəb olub.

Valensiyadakı Mestalya stadionundakı canlı yayımlanan final oyunundan qabaq Barselona və Atletik Bilbao klublarının 45 min azarkeşi İspaniya Dövlət himnini fitə basıblar.

Kanal rəhbərliyi isə canlı yayımda Barselona və Atletik Bilbao tərəfdarlarının etirazlarının eşidilməməsi üçün stadiondan gələn səsin əvəzinə Bilbao və Barselondakı müxbirləriylə telefon bağlantısı qurub. Fasilədə telekanal himnin səslənməsi səhnəsini təkrar göstərib, amma bu dəfə də uğultu və fitəbasmaları montaj eləyib çıxarıblar.

Finaldan bir gün sonra, İspaniya Dövlət Televizyasının rəhbərliyi senzura tətbiq elədiyini əsas gətirərək kanalın İdman direktorunu işdən qovub.

Mayın 13-də keçirilən İspaniya Kubokunun finalında Barselona Atletik Bilbaonu 4-1 hesabıyla məğlub edib, 25-ci dəfə kuboku qazanmışdı.

Kubokun finalında qarşılaşan Barselona Kataloniya muxtar vilayətini , Atletik Bilbao isə Bask regionunu təmsil edir. Basklar və katalonlar tarix boyu İspaniyadan ayrılmaq üçün mübarizə aparıblar. Elə İspaniya Kralı Xuan Karlos stadiona gələndə də fitə basılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG