Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:24

Türkiyə Azərbaycandan alacağı qazın bahalaşdırılmasına razılıq verib


Türkiyə Azərbaycandan alacağı qazın qiymətinin artırılmasına razılıq verib. Danışıqları başa çatdırmaq üçün gələn həftə Azərbaycanın Sənayə və Energetika Naziri və Dövlət Neft Şirkətinin Prezidenti Ankaraya dəvət olunub.

CNN Türkün xəbərinə görə, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Naziri Taner Yıldız bu gün belə deyib. Nazirin sözlərinə görə, 2001-ci ildə bağlanan müqaviləyə görə, gərə dünya bazarında enerji daşıyıcalarının qiymətləri artarsa, o zaman Azərbaycan tərəfinin də müqavilədək isatış qiymətlərini artırmaq haqqı var. Və Azərbaycan tərəfi də bu haqqından istifadə edir.

Amma Türkiyəli nazirin sözlərinə görə, Azərbaycanın Türkiyəyə satacağı qazın qiymətləri elə də çox bahalanmayacaq. Enerji və Təbii Ehtiyatlar Naziri Taner Yıldız qiymət açıqlamasa da deyib ki, öncəki danışıqlarda hər iki tərəfi qane edəcək rəqəmlər səsləndirilib və bu qiymət dünya bazarındakı qiymətdən baha deyil.

Nazir danışıqlarda Türkiyə ərazisiylə keçən Azərbaycan qazının tranziyt qiymətlərini də müzakirə elədiklərini və danışıqların qarşılıqlı anlaşma şəraitində davam elədiyini bildirib.
XS
SM
MD
LG