Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35

Roma Papası insanları kinlərini unudub sülh içində yaşamağa çağırıb


Roma Papası XVI Benedikt dünya xristianlarını və İsrail və Fələstin torpaqlarında yaşayanları kin-kidurəti, nifrəti unudub, sülh içində yaşamağa çağırıb.

Roma Papası İordan çayının qərb sahilində, İsrailin işğal elədiyi Fələstin torpaqlarında yerləşən, İsa peyğəmbərin yaşadığı iddia olunan Nazaretdəki moizəsində belə deyib. Ayində 40 minə yaxın adam iştirak edib.

Papa XVI Benedikt bu gün İsrail Baş naziri Benyamin Netanyahuyla görüşəcək.
Dünən Roma Papası Fələstin prezidenti Mahmud Abbasla görüşüb, müstəqil Fələstin dövlətinin yaradılması üçün dua edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG