Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:57

Bakının ilk yerüstü saatı xarab olub


Yerüstü saat Bakıda 2007-ci ilin aprelində yaşıllıq təpədə yerləşdirilib

Yerüstü saat Bakıda 2007-ci ilin aprelində yaşıllıq təpədə yerləşdirilib

Mayın 13-dən Bakının ilk yerüstü saatı xarab olub. Ərazidə çalışan işçilərin «Azadlıq» radiosuna dediklərinə görə, saatın xarab olmuş mexanizmini Nəsimi rayonuna aparıblar. Nə vaxt gətirilib quraşdırılacağı məlum deyil.

Yerüstü saat 2007-ci ilin aprelində Bakının Yasamal rayonunda Cəfər Cabbarlı küçəsi ilə Abbasqulu Ağa Bakıxanov küçəsinin kəsişdiyi yerdə yaşıllıq təpədə yerləşdirilib.

Yasamal rayon İcra Hakimiyyətində məsələdən xəbərsiz olduqlarını bildiriblər. Saatın quraşdırılmasına nə qədər vəsait ayrılmasına gəlincə icra hakimiyyəti bundan da xəbərsizdir.

Saatın əsas hissələrinin xaricdən gətirilib və əcnəbi mütəxəssislər tərəfindən quraşdırılıb.

Musiqili saat hər saatın tamamında ucadan səslənən mexanizmə malik idi.

Bir sıra Avropa şəhərlərində də bu tip saatlar mövcuddur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG