Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:48

Nobel sülh mükafatçısı mühakimə olunacaq


Myanmada müxalifət lideri ev dustaqlığı şərtini pozdmaqda ittiham olunur. 63 yaşlı Nobel sülh mükafatçısı olan Aun San Su Kin bu səhər 19 ildir dustaq olduğu evdindən həbsxanaya aparılıb. Onun gələn həftə məhkəməyə çıxarılacağı gözlənilir.

Müxalifətçi ötən həftə bir amerikalının evinə xəlvəti gəlməsində günahlandırılır. Həbs olunan Amerikalının evə gəlişinin səbəbləri aydın deyil.

Myanma qanunlarına görə evində ailə üzvləri istisna olmaqla, gecələyən qonaq barədə yerli hökumətə məlumat verilməlidir.

Müşahidəçilər hesab edir ki, Myanmanın hərbi hökuməti San Su Kinin may ayında başa çatan həbsini bu yolla uzatmağa çalışır.

Müxalifətçi 1990-cı ildə partiyası parlament seçkilərində qələbə qazanandan sonra həbs olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG