Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:09

Roma papası Nazaretə gedir


Roma papası 16-cı Benedikt İsa peyğəmbərin yeniyetməlik dövrünün keçdiyi Nazaretə gedir. Orada o, dini ibadət verəcək və İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşəcək.

40 minə yaxın insanın açıq səma altında keçiriləcək dini ibadətdə iştirakı gözlənilir.

Mayın 13-də Roma papası İordan çayının qərb sahilində Vifleyem şəhərində olub. Roma Papası Fələstin Muxtariyyatının prezidenti Mahmud Abbasla görüşüb və suveren Fələstin ərazisi üçün dua edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG