Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:29

Kompüter piratçılığında Azərbaycan 6-cı yerdə...


«Microsoft Windows Vista» proqramının ən bəsit formasının qiyməti 100 manatdır

«Microsoft Windows Vista» proqramının ən bəsit formasının qiyməti 100 manatdır

Beynəlxalq «Business Software Alliance» (BSA) təşkilatı ötən il üçün pirat kompüter proqramlarından istifadəylə bağlı hesabatını açıqlayıb.

Hesabata görə, Azərbaycanda 2008-ci ildə quraşdırılan kompüter proqramlarının ancaq 10 faizi lisenziyalı olub, qalan 90%-i isə pirat, yəni oğurluq proqramlardır.

Bu göstəriciylə Azərbaycan dünyanın ən çox piratçılıq yayılan 6-cı ölkəsidir.

Amma BSA-ın araşdırmasına görə, son 4 ildə Azərbaycanda bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Çünki 2005-2006-cı illərdə Azərbaycanda proqram təminatı piratçılığının səviyyəsi 94 faiz idisə, 2007-ci ildə bu rəqəm 92 faizə, ötən il isə 90 faizə enib.

Cənubi Qafqaz ölkələri öndə gedir

Ümumilikdə siyahıya 95 faizlə Gürcüstan, 92 faizlə Banqladeş, Ermənistan və Zimbabve başçılıq edirlər.

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
Gürcüstan
Banqladeş
Ermənistan
Zimbabve
Şri Lanka
Azərbaycan
Moldova
Yəmən
Liviya
Pakistan
95%
92%
92%
92%
90%
90%
90%
89%
87%
86%

Piratçılığın səviyyəsi ən aşağı olan ölkələr

Proqram piratçılığının səviyyəsi ən aşağı olan 10 ölkə isə bunlardır:

1.
2.
3.
4.
5.
6.
7.
8.
9.
10.
ABŞ
Yaponiya
Lüksemburq
Yeni Zelandiya
Avstriya
Belçika
Danimarka
İsveç
İsveçrə
Avstraliya
20%
21%
21%
22%
24%
25%
25%
25%
25%
26%

Piratçılığın vurduğu ziyan 53 milyard dollara çatıb

2008-ci ildə dünya üzrə piratçılığın ümumi səviyyəsi 41 faiz olub. Kompüter piratçılığı sayəsində proqram təminatıyla məşğul olan şirkətlərin itkisi 53 milyard dollar olub. Yəni, oğurlanan pirat proqramlarının dəyəri bu qədər olub.

Piratçılıq adambaşına düşən gəlirə bağlıdır

Sözügedən hesabata əsasən, piratçılığın səviyyəsi ən çox ölkə əhalisinin adambaşına düşən gəlir səviyyəsi ilə birbaşa bağlı olur. Piratçılığın «inkişaf etməkdə olan» və «3-cü dünya ölkələri»ndə yayılması da bunu təsdiqləyir.

BSA-nın fikrincə, kompüterləşmə prosesi belə ölkələrdə adambaşına düşən gəlirlərin artım tempindən daha sürətlə gedir. Bu da yeni-yeni proqramlara ehtiyac yaradır və aşağı alıcılıq qabiliyyəti üzündən belə ölkələrdəki kompüter istifadəçiləri onlar üçün yetərincə baha olan lisenziyalı proqramlar əvəzinə, pirat proqramlar almağa üstünlük verirlər.

Bakıda lisenziyalı proqram almağa azı 300 manat xərcləyirsən, qara bazarda isə 5-10 manat

Hesabatdakı bu cür fikirləri Bakıdakı proqram təminatı qiymətləri də sübut edir. «Microsoft» proqramlarının rəsmi pərakəndə satışıyla məşğul olan «Best Computers» şirkətindən aldığımız məlumata görə, hər bir istifadəçi kompüteri üçün vacib olan 2 əsas proqramın alınmasına azı 300 manat xərcləmək lazımdır. Misal üçün, «Microsoft Windows Vista» proqramının ən bəsit formasının qiyməti 100 manat, yazı və cədvəllərin tərtibi üçün lazım olan Microsoft Office proqramının ən bəsit versiyası isə 200 manatdır.

Eyni proqramları isə disk satışı mağazaları və qara bazarda 3-5 manata əldə etmək mümkündür.

İnternetin inkişafı piratçıların da sayını artırır

Hesabata görə, dünya üzrə internet istifadəçilərinin sayının artması və sürətli internet xətlərinin yayılmasıyla piratçılıq daha da geniş vüsət alacaq. Çünki bütün dünyadakı internet istifadəçilərinin sayı ötən il 135 milyon nəfər artıb, bunun da 100 milyonundan çoxu məhz az gəlirli ölkələrin payına düşür. Növbəti 5 ildə belə ölkələrdəki internet istifadəçilərinin sayına daha 460 milyon nəfərin əlavə olunacağı gözlənilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG