Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44

Roma Papası Fələstin torpaqlarında olub


Roma Papası 16-cı Benedikt bu gün İordan çayının qərb sahilindəki Betlehem şəhərində açıq havada kütləvi ibatət keçirib.

İsa Peyğəmbərin bu şəhərdə doğulduğu təxmin edilir.

Roma Papası deyib ki, o Qəzzədən blokadanın götürülməsini dua edib.

16-cı Benedikt beynəlxalq aləmi İsrail-Fələstin münaqişəsinin həllinə , bu yöndə təzyiqlər göstərməyə çağırıb.

O bundan əvvəl Fələstin muxtar ərazilərinin prezidenti Mahmud Abbasla görüşdə müstəqil Fələstin dövləti yaradılması ideasın dəstəkləyib.

Roma papası Betlehemdəki qaçqın düşərgəsinə də baş çəkəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG