Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:05

«Bu gedişlə Qərb enerji kəmərləri məsələsində Rusiya və Çinə uduzacaq»


«Heritage» Fondunda araşdırmaçı Ariel Koen hesab edir ki, bu gedişlə Qərb enerji kəmərləri məsələsində Rusiya ilə Çinə uduzacaq. O, «International Herald Tribune» qəzetində çap olunan məqaləsində yazır ki, indiki qlobal maliyyə böhranına baxmayaraq, ABŞ və Avropa «Nabucco» kəmərinin tikilməsi üçün bütün işləri görməlidir.

A.Koen yazır ki, Xəzər, Orta Asiya və gələcəkdə həm də İraqdan qazın Avropaya daşınmasını nəzərdə tutan kəmərlərə mane olan bütün amillər aradan qaldırılmalıdır. O, bu amillər kimi də Türkmənistanın və Türkiyənin narazılıqlarını aradan qaldırmağı qeyd edir.

Müəllif yazır ki, Qərb Türkmənistanla diplomatik münasibətləri sıxlaşdırmalı, ABŞ Türkmənistana yeni səfir təyin etməli, prezident Qurbanqulu Berdumuhammedovu Vaşinqtona dəvət etməlidir.

Türkiyənin də Avropa Birliyinə üzvlüklə əlaqələndirərək «Nabucco»ya soyuq yanaşması nəzərə alınmalıdır.

Ariel Koen hesab edir ki, bu tədbirlərlə yanaşı keçmiş sovet respublikalarının müstəqillikləri gücləndirilməlidir. Rusiya ilə Çin regiondakı enerji qaynaqlarına əl qoymamış Avropa cəld tərpənib vəziyyəti öz xeyrinə dəyişməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG