Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti istefa verdi


Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov istefa verib. Bu barədə «Azadlıq» radiosuna onun özü məlumat verib.

Ə.Məmmədov deyib ki, hazırda prezidentin səlahiyyətlərinin icrası vitse-prezident Etibar Mahmud oğlu Əliyevə verilib. «Mən isə kənara getməmişəm, sadəcə bir müşavir kimi kömək edirəm. Mənim elmi pedaqoji fəaliyyətim bir az gərginləşib ona görə işlərimi yoluna qoyuram. Əvvəldən də belə planlaşdırmışdım ki, 10 illik tədbirlərimizi, 2-ci qurultayı keçirək, ondan sonra nizamnaməyə uyğun olaraq Konfederasiyanın prezidenti səlahiyyəti birinci vitse-prezidentə keçsin».

Mayın 7-də Sahibkarlar Konfederasiyasının yeni tərkibli Rəyasət Heyətinin birinci iclası olub.
Ə.Məmmədov iclasda tutduğu vəzifədən istefa verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG