Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:25

«Azərbaycanın mənafelərinə xələl gətirəcək addımlar atmamışıq»


Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərinin sözlərini oxumaqla başa çatdırıb
Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərinin sözlərini oxumaqla başa çatdırıb
«Azərbaycanla Türkiyənin münasibətlərini heç kim müzakirə edə bilməz. Qarabağdan vaz keçilməsi heç bir müzakirə mövzusu ola bilməz». Mayın 13-də Milli Məclisdə çıxış edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan belə deyib:

«Ermənistan və Türkiyə arasında müzakirələrdə fərqli bir istiqamət yoxdur. Türkiyə və Ermənistan sərhədləri nə vaxt bağlandı? Qarabağ erməni işğalı altına keçəndən sonra. Dağlıq Qarabağ problemi həll olunmayınca sərhədlər açılmayacaq».

Baş nazir daha sonra deyib: «Erməni saytlarından biri yazmışdı ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün Dağlıq Qarabağdan vaz keçib. Bu tam yanlış məlumat idi. Biz rəsmi şəkildə Qarabağdan imtina etmədiyimiz demişik. Bir internet səhifəsinin yazdıqları daha çox əhəmiyyət daşıyır, yoxsa bizim açıqlamamız?»

Baş nazir daha sonra deyib: «Azərbaycanın milli mənafelərinə xələl gətirəcək addımlar atmadıq, indidən sonra da atmayacağıq. Azərbaycanın sevinci bizim sevincimiz, dərdi bizim dərdimizdir.

Azərbaycan torpaqlarında işğal bitməlidir. Azərbaycanın canı, varlığı, xoşbəxtliyi bizim də canımız, varlığımız, xoşbəxtliyimizdir. Bizim üzərimizə düşən vəzifə yaxın münasibətlərimizi davam etdirməkdir».

Ərdoğan çıxışını Türkiyə və Azərbaycan himnlərinin sözlərini oxumaqla başa çatdırıb.


«İşğal aradan qalxmayınca Türkiyə-Ermənistan sərhədləri açılmayacaq»

İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü
Mayın 13-də Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.

AzərTAc-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə hazırki vəziyyəti və perspektivi, eləcə də regional və beynəlxalq məsələlər müzakirə edilib.

Təkbətək görüşdən sonra iki ölkə nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparılıb. Görüş və danışıqlardan sonra İ.Əliyev və R. T. Ərdoğan birgə mətbuat konfransı keçiriblər. Ərdoğan eyib ki, işğal aradan qalxmayınca Türkiyə-Ermənistan sərhədləri açılmayacaq:

«Dost və qardaş Azərbaycanda olmağımdan məmnunam. Türkiyə və Azərbaycan arasında ikili münasibətləri müzakirə edik. Tarixdən biz bir yerdə olmuşuq və bu görüş buna kölgə salmaq istəyənlərə ən yaxşı cavab olacaq. Müzakirələrdə ən önəmli məsələ budur. Münasibətlərimizin təməlində bir millət iki dövlət məsələsi durur. Azərbaycan Qarabağ probleminə necə həssas yanaşırsa, biz də elə yanaşırıq. Bu məsələ ilə bağlı deyilən yanlış fikirləri biz qəbul etməyəcəyik. Çünki bir səbəb nəticə məsələsi var. Qarabağın işğalı nəticəsində sərhədlər bağlanıb. İşğal ortadan qalxmayınca sərhədlər açılmayacaq. Minsk Qrupu, Amerika, Fransa, Rusiya bu müzakirələri sürətləndirməli və nəticə əldə olunmalıdır. Bu məsələdə Azərbaycan prezidentinə inanıram. Bununla yanaşı biz enerji məsələsini də müzakirə etdik».

Prezident İlham Əliyev isə bildirib ki, Türkiyə -Azərbaycan əlaqələri çoxşaxəlidir və bu əlaqələrin böyük tarixi var: «Beynəlxalq məsələlərdə bir çox hallarda iki ölkə vahid mövqedə çıxış edir. Mən danışıqlardan, aramızda olan söhbətdən razıyam. Hesab edirəm ki, səmimi söhbətlər bir çox məsələlərə aydınlıq gətirib».

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Bakıya mayın 12-i axşam gəlib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG