Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:55

Türkiyə baş nazirinin Azərbaycana səfəri başladı


Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan mayın 12-i Azərbaycana səfərə gəlib. Türkiyə baş naziri və xanımını Azərbaycan Baş nazirinin müavini Abid Şərifov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Rəcəb Tayyip Ərdoğanla Abid Şərifov arasında qısa protokol söhbəti aparılıb.

Mayın13-ü Türkiyənin baş nazirinin prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə görüşləri olacaq. Görüşlərdən sonra Ərdoğanla İlham Əliyev birgə mətbuat konfransı keçirəcək.

Baş nazir Milli Məclisdə də çıxış edəcək və Bakıdan Polşaya yollanacaq.

Türkiyə-Ermənistan arasında münasibətlərin «yol xəritəsi»nin müəyyənləşdirilməsindən sonra bu Ərdoğanın Bakıya birinci səfəridir.

Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğan Bakıya yola düşməzdən əvvəl deyib ki, onun səfərində məqsəd “anlaşılmazlıqları və yanlış təəsüratları” aradan qaldırmaqdır. O, Azərbaycanı əmin edəcək ki, Azərbaycanın maraqları Türkiyənin prioritetidir.”

Ərdoğan deyib: “ Türkiyənin Azərbaycanın maraqlarını müdafiə edəcəyinə heç kimdə azacıq da olsa şübhə olmamalıdır”.

Türkiyəli baş nazir şənbə günü Soçidə Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək. Rusiya iyun ayında Azərbaycan və Ermənistan prezidentlərinin yeni görüşünü təşkil etməyi planlaşdırır.

Günün bütün mövzuları

XS
SM
MD
LG