Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:20

Azad Avropa/Azadlıq Radiolarının Praqada yeni qərargahı açıldı


Azad Avropa/Azadlıq Radiolarının yeni ofisi
Azad Avropa/Azadlıq Radiolarının yeni ofisi
Azad Avropa və Azadlıq Radioları korporasiyasının Praqada yeni qərargahının rəsmi açılış mərasimi keçirilib.

Mərasimdə Estoniya prezidenti Tomas Hendrik İlves, «Freedom House» insan haqları təşkilatının icra direktoru Kristofer Volker, Amerikanın Beynəlxalq Yayım Şurasının üzvləri, Praqa və Çexiya hakimiyyətinin nümayəndələri, Azad Avropa və Azadlıq radiolarının indiki və keçmiş prezidentləri iştirak ediblər.

"Azadlıq" radiosu yeni binada
Gözlə

No media source currently available

0:00 0:00:22 0:00
Direct-ə keçid


Korporasiyanın prezidenti Ceff Gedmin deyib ki, radioların jurnalistləri insan haqları, qanunun aliliyi, demokratiya naminə risk altında fenomenal iş görürlər.

Estoniya prezidenti İlves Azad Avropa və Azadlıq Radioları Korporasiyasının oynadığı rolu qeyd eləmək üçün deyib:

«Söz azadlığı dünyanın çox hissəsində norma deyil. Şərqi Avropa və keçmiş SSRİ məkanında 28 ölkədən cəmi 8-də mətbuat azaddır. 10 ölkədə qismən azaddır, 10 ölkədə azad deyil.

Əgər ölkələrin sayı ilə yox, əhalinin sayı ilə götürsək, bu regionda əhalinin cəmi 18 faizi sözünü azad deyə bilir, 82 faizinin söz azadlığı yoxdur».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG