Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:58

AŞPA-nın binası önündə ağzı bağlı aksiya keçirən azərbaycanlı


Rüstəm İsmayılın AŞPA binası önündə ağzı bağlanmış şəkildə aksiyası

Rüstəm İsmayılın AŞPA binası önündə ağzı bağlanmış şəkildə aksiyası

«1994-95-ci ildən başlayaraq get-gedə vəziyyət elə həddə gəlib çıxdı ki, 1998-ci ildə vətəni tərk etməyə məcbur qaldım».

«Vətəni tərk etməyə məcbur qaldım»

Rüstəm İsmayıl Azərbaycanın Göyçay rayonundan olsa da, hazırda Almaniyada daimi yaşayış hüququ var. 1998-ci ilədək Göyçayda şəxsi topdan satış məntəqələri, dükanları, çörək sexləri olub. Deyir bir müddət sonra ölkədəki monopoliya bir çox kiçik biznesmen kimi onu da iflasa uğradıb. Məcburi ölkəni tərk edib və işləmək üçün Almaniyaya üz tutub. İndi 16 ağır xəstəlikdən, o cümlədən AİDS-dən əziyyət çəkir.

Biz Rüstəmlə nə Azərbaycanda, nə də ki, Almaniyada görüşdük. Onunla Strasburqda AŞPA binası önündə ağzı bağlanmış şəkildə aksiya keçirərkən tanış olduq. Dəfələrlə Avropa Məhkəməsindən tutmuş bir sıra beynəlxalq təşkilatların binası önündə aksiya keçirdiyini bildirdi. Hətta bir neçə dəfə intihara da təşəbbüs edib. Haqqını tələb etdiyini, Almaniyada zorakılığa, işgəncəyə məruz qaldığını bildirir. 1998-ci ildən 2008-ci ilədək Almaniyada ona qarşı 70 məhkəmə işi qaldırılıb.

Rüstəm bəxti gətirməyənlərdəndir

Rüstəmlə söhbət zamanı o çox təəssüfləndi ki, Azərbaycanda sosial vəziyyətin ağır olması onun və bir çox həmvətənlilərinin xarici ölkələrə sığınmasına səbəb olub. Kiminin bəxti gətirib kimininsə yox…

Rüstəm bəxti gətirməyənlərdəndir. 1998-ci ildə Almaniyaya gəldiyi ilk gündən sənədlərini itirdiyindən alman polisi tərəfindən yaxalanaraq deportasiya edilənlər üçün düşərgəyə göndərilir. Sənədləri olmadığından nə geri qayıda bilir, nə də ki, sığınacaq verilir. Deyir bundan sonra başlayan ağır həyat şərtləri onu xəstə edir:

«Almaniya parlamentinin qarşısında intihara cəhd etdim»

«Etirazım Almaniyada mənə qarşı baş verən haqsızlıqlardandır. İlk dəfə 1998-ci ildə sətəlcəm xəstəsi olmuşam, bir ildən sonra bu epilepsiyam oldu. Polislər tərəfindən döyülmüşəm, alçaldılmışam.
Rüstəm deyir ki, ömrü yetdikcə haqqını tələb edəcək, qürbətdə tapdığı 16 ağır xəstəliyin əvəzinə
Səbəbi o olub ki, epilepsiya baş verdiyi zaman polislər məni bağlamaq istəyirdilər, məni zorla cinayətkarların saxlandığı yerə salırdılar. Amma mənim heç bir cinayətim yox idi. Sadəcə epilepsiya keçirmişdim, o zaman buna etiraz əlaməti olaraq özümü doğradım, qollarımı kəsdim. Amma mənim həkimə getməyimə qadağan qoyuldu, psixoloji problemlərimin olduğunu dedilər. 2003-cü ildə infarkt keçirdim. Ağır xəstə olmağıma baxmayaraq küçələrdə qaldım. 2004-cü ildə Almaniya parlamentinin qarşısında intihar etməyə məcbur qaldım».

2006-cı ildə Fransiskos xəstəxanasında AİDS olduğunu öyrənir. Bir çox məhkəmə prosesindən sonra 2007-ci ildə Rüstəm Almaniya vətəndaşlığı alır. Deyir ki, ömrü yetdikcə haqqını tələb edəcək, qürbətdə tapdığı 16 ağır xəstəliyin əvəzinə.

Azərbaycan üçün burnumun ucu göynəyir

«Məni məcbur etmək istəyirdilər ki, bir arayış gətirim ki guya mən dövlətimdə xəstə olmuşam. Ancaq mən Almaniyaya gələndə tam sağlam idim. Bunu yazılı olaraq məndən almaq istəyirdilər. AİDS-in mənə necə bulaşmasının araşdırılmasını tələb edirəm. Burada da şübhəli məqamların olduğunu düşünürəm».

Rüstəm İsmayılın tələbinə gəlincə, müalicəsinin təcili başlanmasını, neytral ekspertlərin təyin edilərək xəstəliklərinin səbəblərinin və tarixlərinin aşkarlanmasını istəyir. Eləcə də ona qarşı zorakılıq törədən şəxslərin də cəzalandırılmasını tələb edir.

Rüstəm İsmayılın Azərbaycandakı və Almaniyadakı vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayət ünvanlayıblar. Valideynləri də Azərbaycanın dövlət başçısına, ombusmana və digər qurumlara müraciət edərək Rüstəmə kömək etmələrini xahiş ediblər.

Rüstəm deyir ki, Azərbaycan üçün burnumun ucu göynəyir: «Amma 16 dənə xəstəliklə mən gedib Azərbaycanda neyliyə bilərəm? Ailəmə dərd verməkdən başqa...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG