Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:40
Ukraynanın daxili işlər naziri Yuri Lutsenko istefaya getmək haqda qərar qəbul edib. Ukrayna parlamentinin sədri Vladimir Litvin mayın 12-də onun istefa ərizəsi ilə qanunverici orqana müraciət etməsini təsdiqləyib.

İstefanın səbəbi Lutsenko ilə Almaniya polisi arasında baş verən qarşıdurma olub. Hadisə Frankfurt-Mayn aeroportunda baş verib. Aeroport əməkdaşları Lutsenkonun və onun oğlunun sərxoş olduğunu görüb onlara Cənubi Koreyaya uçan təyyarəyə minməyi qadağan edib.

Hadisə yerinə gələn alman polisi mətbuata açıqlamasında bildirib ki, təyyarəyə buraxılmayan Lutsenko qalmaqal yaradıb, mobil telefonunu aeroport əməkdaşlarına tərəf atıb.

Ukraynanın daxili işlər nazirliyi bu xəbərin doğru olmadığını bildirir. Lutsenko özü də sərxoş olduğu haqda iddiaları rədd edir.

O bildirib ki, onu təyyarəyə buraxmayanda alkohol testi keçirilməsini tələb edib. Bundan sonra hadisə yerinə gələn alman polisi onun oğluna fiziki təzyiq edib. Nazir həmçinin deyib ki, hadisə haqda yalan məlumat yazan “Wild” qəzetini məhkəməyə vermək niyyətindıdir.

Frankfurt-Maynın hava limanında baş verən insidentə Ukrayna parlamentindəki müxalifət də reaksiya göstərib. Müxalifətin deputat fraksiyası daxili işlər nazirinin şərtsiz istefasını tələb edib.

Mayın 13-də Ukrayna parlamentinin nümayəndə heyəti məsələnin təfsilatını araşdırmaq üçün Frankfurta yola düşür.

Yuri Lutsenko istefa ərizəsində yazıb ki, hadisə ilə bağlı qaldırılan səs-küy şəraitində vəzifəsinin icrasını mümkün hesab etmir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG