Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 22:29

«Dondurulmuş münaqişələr Avropaya təhlükədir»


«Keçmiş sovet ölkələrində dondurulmuş münaqişələr Avropada təhlükəsizliyin hələ də tam başa çatmamasını göstərən amillərdi». Bunu Rumıniyanın Azərbaycandakı səfiri Nikolya Ueker mayın 12-də «Avropa təhlükəsizliyində NATO-nun rolu» mövzusunda keçirilən tədbirində bildirib.

Cənab Uekerin sözlərinə görə, Dağlıq Qarabağ, Abxaziya, Osetiya münaqişələri bu ölkələrdə demokratiyanın inkişafına maneə olur:

«Bu münaqişələr Avropada təhlükəsizliyə ciddi zərbə vurur və həmin ölkələrdə demokratiyanın bərqərar olmasına problem yaradır».

Diplomat deyir ki, Yaxın Şərqdə də təhlükəsizliyə nail olmaq NATO-nun missiyasına daxildir.

Nikolya Uekerin fikrincə, Azərbaycan NATO ilə qurduğu əlaqələrini inkişaf etdirir. O bildirib ki, keçmiş sosialist düşərgəsindən olan Rumıniyanın müasir təcrübəsini Azərbaycanla bölüşməyə hazırdırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG