Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:10

Avropa «Qonşuluq Siyasəti»nə daha çox qadın cəlb etmək istəyir


Avropa Parlamentinin Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Libor Roucek «Azadlıq» radiosuna deyib ki, İttifaq üçüncü ölkələrlə əlaqələrdə gender müstəvisini gücləndirmək barədə düşünür:

«Əks halda beynəlxalq siyasət uğurlu və səmərəli olmayacaq».

Məsələ ilə bağlı Parlament hesabatı müzakirəyə çıxarmağa hazırlaşır.

Cənab Roucekin müəllifi olduğu hesabatda bildirilir ki, Avropa İttifaqı yüksək postlarda qadınların sayını, gender məsələləri üzrə personalı artırmaqla, həmçinin Avropa Təhlükəsizlik və Müdafiə Siyasəti missiyalarına gender məsələlərinə dair xüsusi treninqlər təşkil etməklə örnək ola bilər.

Sənədə əsasən, Aİ-nin xarici siyasətində qadınların rolu daim mərkəzdə olmalıdır və onlar - yardım, inkişaf, genişlənmə, Qonşuluq Siyasəti, münaqişələrin həlli, təhlükəsizlik, sülh və beynəlxalq ticarət məsələlərinə daha çox cəlb olunmalıdır.

Roucek əmindir ki, qadınların mövcud problemlərin həlli ilə bağlı deyəcəkləri çoxdur:

«Ona görə düşünürəm ki, onlar siyasi və içtimai həyata daha çox cəlb olunmalıdır».
XS
SM
MD
LG