Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

Ərdoğan Bakıya gəlir


Baş nazir Milli Məclisdə də çıxış edəcək və Bakıdan Polşaya yollanacaq

Baş nazir Milli Məclisdə də çıxış edəcək və Bakıdan Polşaya yollanacaq

Mayın 12-si axşam Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlir.

Türkiyə Başbakanlığı məlumat verir ki, səfər zamanı Ərdoğanı yeni formalaşdırdığı kabinet üzvləri müşayiət edəcəklər.

Türkiyənin baş nazirinin prezident İlham Əliyevlə təkbətək və nümayəndə heyətlərinin iştirakilə görüşləri olacaq. Görüşlərdən sonra Ərdoğanla İlham Əliyev birgə mətbuat konfransı keçirəcək.

Baş nazir Milli Məclisdə də çıxış edəcək və Bakıdan Polşaya yollanacaq.

Türkiyə-Ermənistan arasında münasibətlərin «yol xəritəsi»nin müəyyənləşdirilməsindən sonra bu Ərdoğanın Bakıya birinci səfəridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG