Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:40

Atəşkəsdən 15 il keçir


Təmas xəttində atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Təmas xəttində atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşin dayandırılması haqqında «Bişkek protokolu»nun imzalanmasından 15 il ötür.

Bişkek danışıqları o zaman MDB Parlament Assambleyasına rəhbərlik edən Rusiyanın təşəbbüsü ilə baş tutub. Mayın 4-5-də keçirilən Ermənistan-Azərbaycan danışıqları nəticə vermədi.

Əsas fikir ayrılığı isə protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması idi.

Sonradan «Bişkek protokolu»nu Azərbaycan tərəfdən parlament spikeri və Dağlıq Qarabağın azərbaycanlı icmasının başçısı imzaladılar.

Atəşkəs dövründə ATƏT sədrinin şəxsi nümayəndəsinin rəhbərliyi altında qoşunların təmas xəttində mütəmadi olaraq monitorinqlər keçirilir. Buna baxmayaraq, təmas xəttində atəşkəsin pozulması halları tez-tez qeydə alınır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG