Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:00

Ermənilər Qarabağdan kənar rayonları qaytarmağın çətin olduğunu deyirlər


Özünü müstəqil elıan edən Dağlıq Qarabağın silahlı qüvvələrinin rəhbəri Movses Hakobyan 1991-1994-cü illərdə işğal olunmuş Azərbaycan rayonlarını geri qaytarmağın çətin olduğunu deyir.

Mayın 11-də keçirdiyi mətbuat konfransında bunun səbəblərini Hakobyan bu cür izah edib: “Bütün bu torpaqlar qurban tələb edib. Çox adamın həmin qurbanlar haqqında xatirələri var.onu kiməsə qaytarmaq çox çətin olacaq”.

Hakopyan bildirib ki, Qarabağda doğulmuş prezident Sarkisyan yalnız Qarabağ ermənilərinin ürəyincə olan qərarlar qəbul etməlidir.

Qarabağ ermənilərinin rəhbərləri münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu həmsədrlərinin təklif etdikləri baza prinsiplərini də qəbul etmədiklərini bildirirlər.

“Azadlıq” radiosunun erməni xidməti bildirir ki, onlar aprelin 29-da bir daha bəyan ediblər ki, Azərbaycanla Ermənistanın münaqişənin həllində razılaşmaları hələ problemin tam həlli deyil. Onların fikri nəzərə alınmadan qəbul edilən hər hansı razılaşmanı qəbul etməyəcəklər.

Günün bütün mövzuları

XS
SM
MD
LG