Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:30

BMT Pakistanda qaçqınlara yardıma çağırır


BMT-nin Qaçqınlarla İş üzrə Ali komissarı mayın 11-də dünyanın Pakistandakı yüz minlərlə qaçqına yardım etməyə çağırıb. Komissar Pakistandakı çox ağır, təcili müdaxiləyə ehtiya olan problem kimi izah edib.

Ötən həftə Pakistan ordusu Svat bölgəsi və ətraf rayonlarda Talibana qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

BMT hərbi əməliyyatlar zonasından 360 000-dən çox adamın qaçqın düşdüyünü bildirir.

Pakistanın Daxili İşlər Nazirliyi indiyə qədər 700 nəfərdən çox yaraqlının öldürüldüyünü bildirir.
XS
SM
MD
LG