Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:29

«Qorxuram ki, bu ilin sonuna neftçilərin yarısı işsiz qalsın»


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
«Dövlət Neft Şirkəti sistemində təxminən 65 min adam çalışır. Amma qorxuram ki, bu ilin sonuna onların yarısı işsiz qalsın».

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı «Azadlıq» radiosunun «İşdən sonra» verilişinə belə deyib.

Onun sözlərinə görə, problem işin düzgün qurulmamasındadır:

«Birincisi, bu qədər işçiyə elə əvvəlcədən ehtiyac yox idi. Artıq və lüzumsuz şöbələr, müəssisələr, bölmələr var. Şirkət prezidentinin 8 vitse-prezidentə nə ehtiyacı var? Şöbə müdirlərinin hərəsinin 5 müavininin olmasına nə lüzum var?»

M.Qəhrəmanlı deyir ki, ən çox əziyyəti ixtisar düzgün aparılmayan zaman təqaüd yaşına çatanlar çəkəcək:

«İşdən azad olunma ümumiyyətlə qayda pozuntusu ilə aparılır. Mayın 23-dək öz xahişi ilə işdən çıxmaq haqda ərizə yazanlara maaşlarının beşqat mislinin veriləcəyi vəd edilir. «Gecikənləri» isə ümumiyyətlə kompensasiyasız saxlayacaqları ilə hədələyirlər».
XS
SM
MD
LG