Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:45

Gürcüstanda müxalifətlə prezidentin görüşü nəticəsiz olub


Gürcüstan müxalifəti prezidentlə görüşün nəticəsiz başa çatdığını bildirir. Müxalifət liderləri prezidentlə tamamilə başqa-başqa fikirdə olduqlarını bildirirlər.
Keçmiş xarici işlər naziri Salomo Zura—bişvili görüşün təfərrüatları barədə axşam saatlarında mitinqdə məlumat verəcəkləri bildirib.

Müxalifətin minlərlə tərəfdarı prezident Mixeil Saakaşvilinin istefası tələbilə mitinq keçirir.

Müxalifət ölkə başçısını getdikcə avtokratik sistem qurmaqda və ötən il Rusiya ilə müharibədə səhv qərarlar verməkdə ittiham edirlər.

Prezident istefa tələblərini rədd edib. O, 2013-cü ilə - prezidentlik müddətinin sonuna qədər istefa verməyəcəyini bildirir.

Günün bütün mövzuları

XS
SM
MD
LG