Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:17

İranda saxlanan jurnalist azad edilib


8 il azadlıqdan məhrum edilmiş amerikalı jurnalist Roksana Saberi mayın 11-də azadlığa buraxılıb. Bu barədə “Azadlıq” radiosuna onun vəkili Saleh Nikbaxt məlumat verib.

O, bildirir ki, məhkəmə əvvəlki hökmü ləğv edib və jurnalistə iki il şərti cəza kəsib. Bundan əvvəl jurnalisti ABŞ kəşfiyyatına işləməkdə ittiham edərək 8 il müddətinə azadlıqdan məhrum etmişdilər:

- Məhkəmənin qərarında qeyd olunur ki, İranla ABŞ arasında düşmənçilik olduğu bir vaxtda onun düşmən ölkəyə işləməsi qəbulolunmazdır. Onun hərəkətlərinin İranın milli təhlükəsizliyinə qarşı olduğu qeyd edilə bilər. Ona görə də Saberi iki il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilir.

Saleh Nikbaxt həmçinin bildirir ki, Saberinin həbsdən çıxan kimi ölkəni tərk etmək hüququ var, amma jurnalistə qarşıdakı beş ildə İrandan məlumat hazırlamaq qadağan edilib.

Roksana Saberinin atası da jurnalistlərə bildirib ki, qızı həbsxanada iki həftə aclıq aksiyası keçirsə də hazırda səhhəti yaxşıdır.
XS
SM
MD
LG