Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:51

Musa Urud: «Aşağı siniflərdə elə bilirdim şairliyin institutu da var»


Musa Urud

Musa Urud

«Tanınmışlar»ın budəfəki qonağı deputat Musa Uruddur.

- Musa müəllim dəvətimizi qəbul etdiyiniz üçün minnətdarıq. 1961-ci il noyabrın 25-də Ermənistanın Sisiyan rayonunun Urud kəndində anadan olmusunuz. Düzdürmü?

- Bəli. Mən əslində həmin il oktyabrın 14-də anadan olmuşam, tərəzi bürcündənəm. Sadəcə atam təsərrüfat rəhbəri olduğu üçün iş-güc imkan verməyib sənədimi vaxtında gedib alsın. İndi mənim iki ad günüm var. Biri həqiqi ad günümdür, biri də sənəddə qeyd olunan tarix. Rəsmi tanışlar, iş yoldaşlarım noyabrda təbrik edir. Bəzən hətta unudub təəccüblənirəm də. Amma özüm ailədə oktyabrın 14-də qeyd edirəm.

- Dolanışığınız necə idi?

- Dolanışığımız yaxşı olub. Atam yaxşı işlərdə çalışıb, anam isə uzun müddət müəllimə işləyib. O vaxt müəllimlərin maaşı yüksək idi. Amma dolanışığın yaxşı olması tək atamın işi deyildi. Mənim babam çox qoçaq, zəhmətkeş bir kişi idi. Dolanışığımızı da əsasən o təmin edirdi. Yaxşı meyvə bağları, əkin sahələri var idi, mal-qara, qoyun-quzu saxlayırdı. Ailə də böyük deyildi, ona görə problem olmayıb.

- Şair olmaq istəyirdiniz amma həkim oldunuz, niyə?


- Mən ilk şeirimi 3-cü sinifdə yazmışam. Ondan sonra da fikirləşirdim ki, mən şair olacam. Hətta aşağı siniflərdə elə bilirdim şairliyin institu da var. soruşan olanda deyirdim şairlik instituna gedəcəm. Sonralar anladım ki, yox, belə bir institut yoxdur. Ancaq 8-ci sinifin sonuna qədər qəti fikrim bu idi ki, universitetin jurnalistika fakültəsinə daxil olum. Atam isə həkim olmağımı təkid edirdi. Bir gün Bakıdan əmim gəldi və mənə dedi ki, sən həkim olsan şairlik də edə biləcəksən. Ancaq şair olsan, həkimlik edə bilməyəcəksən. Bir özünü yoxla. Tibb İnstitutuna daxil olmaq mənə çətin olmadı. Çünki orta məktəbi əla oxuyurdum. Bir də gördüm həkimliyi oxuyub qurtarmışam.

- Bugünkü əhvalınıza uyğun gələn şeiriniz.

- Bu dünyada hər nə varsa məndən sonra da qalacaq.
Dərdin ağırı yaxına, yüngülü yada qalacaq.
Ömür arxdı dolub gedir,
Quşdu lələk salıb gedir.
Hərə bir pay alıb gedir,
Şairə qada qalacaq.
Şan-şöhrət ötəri şeydi.
Var-dövlət sənə ögeydi.
Söz haxdı, sözə baş əy ki,
Sözün dünyada qalacaq.

- 2006-cı ildə uzun ayrılıqdan sonra Uruda –doğma kəndinizə qayıtmışdınız. Nə gördünüz?


- Görmək istədiyimin, arzuladığımın heç birini görmədim. Bir boşluq, bir ögeylik vardı. Elə bil ki, kəndimizi muzeydə, şüşə arxasında gördüm.

- Getməyə qəbirüstü varıydı?

- Təəssüf ki, yox idi. Yuxarıdakı yamacdan torpağı kürüyüb qədim Urud qəbiristanlığını dəfn eləyiblər...

Buna da bax:

Şərhləri göstər

XS
SM
MD
LG