Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:26

ATƏT Azərbaycan və Ermənistanı atəşkəsə hörmət etməyə çağırıb


Həmsədrlər Praqada, 7 may 2009
Həmsədrlər Praqada, 7 may 2009
ATƏT Azərbaycan və Ermənistanı atəşkəsə hörmət etməyə və snayperləri cəbhə xəttindən geri çəkməyə çağırıb. ATƏT sədri, Yunanistanın Xarici İşlər naziri Dora Bakoyannisin bəyanatında belə deyilir.

Bakoyannis Dağlıq Qarabağ münaqişəsi tərəflərinin sülh danışıqlarında tərəqqiyə nail olacağına ümid etdiyini deyib və tərəfləri atəşkəs rejiminə tam əməl etməyə, o cümlədən snayperləti cəbhə xəttindən geri çəkməyə çağırıb.

Bununla yanaşı, D,Bokayannis Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirdiyi konstruktiv danışıqları alqışlayıb.

Ancaq ATƏT sədri deyib ki, «mühüm atəşkəs razılaşmasının 15 il əvvəl imzalanmasına baxmayaraq, vəziyyət son dərəcə dəyişkən və faciəvidir, həyatlar hələ də itirilməkdə davam edir».

O, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin «Madrid prinsipləri» əsasında apardığı səyləri dəstəklədiyini bildirib.

Ermənistan və Azərbaycan arasında əldə olunmuş atəşkəs razılaşması 1994-cü ilin mayın 12-dən qüvvəyə minib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG