Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:01

«Euronest»in təsis edilməsinə dair sənədlər imzalanacaq


Mayın 3-də Brüsseldə Avropa Birliyinin Şərq Tərəfdaşlığı Parlament Assambleyasının (Euronest) təsis edilməsinə dair sənədlərin imzalanma mərasimi olacaq.

Belarus bu tədbirdə iştirak etməyəcək.

Bu barədə Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Əli Hüseynov məlumat verib. Avropa Parlamenti «Euronest»in Belarusun iştirakı olmadan fəaliyyətə başlamasını qərara alıb. Bu zaman tərəfdaş ölkələrin, o cümlədən Azərbaycanın fikrini nəzərə almayıb.

Ə. Hüseynov Avropa parlamentarilərinin Belarusun nümayəndə heyətinin tərkibinə müxalifət və vətəndaş cəmiyyəti nümayəndələrinin də daxil edilməsi tələbindən təəccübləndiyini bildirib.

Yanvarın 26-da «Euronest»in Bürosu Belarus nümayəndələrinin iştirakı olmadan öz işinə başlamağı qərara alıb. Avropa parlamentariləri özlərinin bu mövqeyini Belarusda prezident seçkilərinin saxtalaşdırılması və seçkilərdən sonrakı etiraz aksiyalarının dağıdılması ilə əlaqələndirirlər.

Tərəfdaş ölkələrin parlament spikerləri bir müddət əvvəl Avropa Parlamentinə məktub yollayaraq «Euronest»də Belarus üçün bərabər şərait yaradılmasının zəruriliyini bildirmişdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG