Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51
Martın 3-də çıxan demək olar ki, bütün qəzetlər Bin Ladenin ölümündən yazır.

AMERİKA MÜSƏLMAN ÖLKƏLƏRİ İLƏ DOSTLUQ ƏLAQƏLƏRİNİ İNKİŞAF ETDİRƏCƏK

«Bizim yol» qəzeti siyasi şərhçilərə istinadən bildirir ki, «Üsəma Bin Ladenin öldürülməsi beynəlxalq terrorizmə vurulan ağır zərbədir. Çünki beynəlxalq terrorizmin öndə gedən qüvvəsi «əl-Qaidə» idi. «Əl-Qaidə» isə daha çox Ben Ladenin şəxsiyyəti, maddi resursları və təcrübəsi üzərində qurulmuşdu. Bu, Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikirləridir.

Xəzər Araşdırmalar Mərkəzinin rəhbəri Vəfa Quluzadə isə qəzetə açıqlamasında bildirib ki, artıq dünyada yeni mərhələ başlayıb: «Amerika müsəlman ölkələri ilə dostluq əlaqələrini inkişaf etdirəcək. Amma bu əlaqələrdə diktatorlara deyil, xalqlara istinad edəcək. Bu nöqteyi-nəzərdən Amerika öz hüquqlarını tələb edən xalqlara dəstək verir və müsəlman xalqlarının hüsnü-rəğbətini qazanıb. Prezident Barak Obamanın bu siyasəti dünyada terror ideologiyasına böyük bir zərbə oldu».

LİTVA PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ UĞURLU OLACAQ

«Yeni Azərbaycan» qəzeti Litva prezidenti Dalya Qribauskaytenin Azərbaycana rəsmi səfərindən yazır.

«Prezident İlham Əliyev Dalya Qribauskayte ilə görüşdə bu səfərin uğurlu olacağını bildirib. O əminliklə deyib ki, bu səfər əlaqələrin genişləndirilməsində, iki ölkə arasındakı siyasi dialoqun və iqtisadi əlaqələrin dərinləşməsində vacib rol oynayacaq».

OLİQARXLAR İLHAM ƏLİYEVİ İNANDIRA BİLİBLƏR

«Azadlıq» qəzeti yazır ki, ölkə oliqarxları prezident İlham Əliyevlə birləşib Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı ittifaq yaradıblar. Artıq korrupsiyaya qarşı «mübarizə»nin bitdiyi vurğulanan yazıda o da qeyd olunur ki, bu mübarizə həqiqətən aparılsaydı, hakimiyyətin əsas dayaqları olan oliqarxların maraqları toqquşardı. Ramiz Mehdiyev bu kampaniyanın gedişində öz rəqiblərini zəiflətmək, asılı vəziyyətə salmaq istəyirdi. Ona görə antikorrupsiya təbliğatının uzanmasını istəyirdi.

«Oliqarxlar İlham Əliyevi inandıra biliblər ki, bu kampaniyanın genişləndirilməsi və uzun müddət davam etdirilməsi son nəticədə kütləvi aksiyaları genişləndirə və hakimiyyətin dayaqlarını sarsıda bilər».

AZƏRBAYCAN CİDDİ MAKROİQTİSADİ UĞURLARA İMZA ATIB

«Azərbaycan» qəzetində qeyd olunur ki, «Azərbaycanın qlobal maliyyə böhranı şəraitində dinamik artım tempini qoruyub saxlaması dövlət idarəçiliyinin uzun illər formalaşmış çevik mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub... Prezident İlham Əliyev praqmatik liderlik keyfiyyətləri sayəsində yeni dövr üçün qarşıda duran prioritet vəzifələri dəqiq şəkildə müəyyənləşdirə bilib».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG