Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:29

Deraada keçirilən son əməliyyatda 10 nəfər ölüb


Ötən bazar Suriya təhlükəsizlik qüvvələrinin Deraa şəhərində keçirdiyi əməliyyat zamanı 10 nəfər həlak olub, 499 nəfər həbs olunub. Bu haqda Suriya ordusunun nümayəndəsi məlumat verib.

Şahidlər bildiriblər ki, həbs olunanlar əsasən 15-40 yaşlı kişilərdir.

Keçən həftə Deraa şəhərinə zirehli texnika yeridilmişdi. Bu şəhər prezident Bashar Asad rejiminə qarşı etirazların mərkəzi sayılır.

Kamişli, Raka və Dəməşqdə də həbslərin keçirilməsi haqqında məlumatlar var.

Suriyada nümayişçilərlə hökumət qüvvələri arasında baş verən qanlı toqquşmalarda indiyə qədər azı 560 adam həlak olub.
XS
SM
MD
LG